£
GBP
Ingiltərə funt sterlinqi
Rəsmi bank və ya şöbə

İngiltərə Bankı

Ölkə
Birləşmiş Krallıq
Dil
ingilis
Əlaqə

Bank of England
Threadneedle Street
London EC2R 8AH
United Kingdom

E-poçt:enquiries@bankofengland.co.uk

Banknotların reproduksiyası haqqında ümumi məlumat

İstənilən şəxs tərəfindən İngiltərə Bankının istənilən banknotunun istənilən növdə və istənilən miqyasında və ya İngiltərə Bankının banknotunun hissəsinin reproduksiyası İngiltərə Bankının yazılı razılığı olmadan cinayət sayılır.

İngiltərə Bankının banknotların zədələnməsi (kopyalama, sözlərin, hərflərin və ya simvolların reproduksiyası daxil olmaqla) qeyri-qanuni hesab edilir.

Razılıqsız və ya lisenziyasız müəllif hüququyla qorunan obyektin kopyalanması cinayət hesab edilir.  İngiltərə Bankı onun banknotlarına müəllif hüquqlarına malikdir.

İngiltərə Bankı banknotların və ya onların hissələrinin reproduksiyasına, reproduksiyanın aşağıda ifadə edilmiş şərtlərini təmin etdikdə icazə verir.

İngiltərə Bankı tərəfindən bəyənilmiş və ya şəxsi yaradılmış təsvirlərin birindən istifadə olunmasından asıllı olmayaraq, həmişə banknotların reproduksiya şərtlərinə riayət etmək lazımdır.  Şərtlərə riayət olunmaması hüquq nəticələrinə gətirib çıxara bilər.

Banknotun reprodusiyasının növbəti şərtləri tətbiq edilir:

  • banknotun bütün və ya onun hissəsinin reproduksiyasına;
  • banknotun üz və ya arxa hissəsinin reproduksiyasına; və
  • İngiltərə Bankı tərəfindən buraxılmış bütün banknotların reproduksiyasına, onalrın hal-hazırda ödəniş vasitəsi olub-olmamağından asıllı olmayaraq.

Reproduksiya üçün istifadə oluna bilən, hazırki və dövriyyədən götürülmüş banknotların təsdiq edilmiş təsvirləri, banknotlarının təsvirlər kitabxanasından və bizim veb-saytımızda dövriyyədən götürülmüş banknotların bölməsindən yükləmək olar.

Yeni banknotlar və yolaverilməz reproduksiyalar 

Bizim banknotlarımızın yeni versiyalarını buraxmağa qadağan edilir, məsələn, məşhurun təsviriylə.  Bu onunla bağlıdır ki, belə hallar olmuşdur ki, nə vaxt ki, belə üsulla dəyişilmiş banknotlar əsl banknotlar şəklində səhvən qəbul edirdi.

Lazım olmayan kontekstdə göstərilən və ya istifadə olunan bizim banknotların reproduksiyaları, və ya o hallarda, nə vaxt ki, onlar əsl banknotlar şəklində səhvən qəbul edilmiş ola bilərlər, şərtlərə cavab vermirlər və buraxılmış ola bilməzlər. Onlara aid olanlar:

  • Banknotların ikitərəfli reproduksiyaları.
  • Əsl banknotların ölçüsündə.
  • Banknotların məhv edilməsində əsaslanan reproduksiyalar. Banknotların kəsilmiş və ya yandırılmış təsvirləri və ya məhv ediləcək materiallar, məsələn, parçalar kimi.
  • Materiallar, hansılar ki, ədəbsiz məzmunla banknotları əlaqələndirirlər, məsələn, açıq seksual xarakterli təsvirləri.
  • Təsvirlər, hansılar ki, üzrsüz obrazla Kraliçanın təsvirini və ya banknotlarda təqdim edilmiş istənilən insanları təhrif edirlər.
  • İngiltərə Bankının cari banknotlarının çapı üçün istifadə olunan çox oxşar materialda çap edilmiş reproduksiyalar, əgər onlar “SPECIMEN” (NÜMUNƏ) sözünü özünə daxil etmirsə, və ya banknotun yalnız yarısını təsvir edirlərsə. 

Bu onunla bağlıdır ki, belə reproduksiya banknotların bütövlüyünə və ya münasib imicinə təsir edə bilər, təhqiri doğura və ya müəllif hüquqlarını poza bilər.​

Çap vasitələrlə reproduksiya

Fiziki reproduksiyalar üçün banknotların təsvirinin reproduksiyasına, bir qayda olaraq, aşağıda göstərilən kriteriyalara riayət olunduqda icazə verilir:

  1. Reproduksiyalar yalnız birtərəflidir.
  2. Reproduksiyalar faktiki banknotların ölçüsünə uyğun gəlməməlidir. Onlar ən azı 25% daha kiçik və ya ən azı 25% daha geniş olmalıdır.
  3. Banknotların reproduksiyaları təhqiredici və yersiz kontekstdə və ya Bankın fikrincə valyutanın bütövlüyünü şübhə altına ala biləcək formada ola bilməz.
  4. Kraliçanın təsvirində təhriflər (genişlənmə, kiçildilmə və ya əyilmədən əlavə) olmamalıdır.

Aşağıdakı şərtlərdən ən azından birinə əməl edilməlidir:

  1. Reproduksiyalar İngiltərə Bankının banknotlarının çap edilməsi üçün istifadə edilən materiallardan aydın şəkildə fərqlənən və müxtəlif növ material üzərində çap edilməlidir. 
  2. 20 ̊-dən çox əyilmə olduğu zaman bir tərəfin tam səthinin 50%-dən çoxunu göstərən reproduksiyalar “SPECIMEN” sözü ilə çap edilməlidir. “SPECIMEN” işarələri banknotun mərkəzindən 45 ̊ əyilmə ilə boz rəngdə olmalı, eni 1/3 və hündürlüyü 1/10-dən az olmamalıdır.
  3. Bir tərəfin tam səthinin 50%-dən azını göstərən reproduksiyaların əyilməyə və ya “SPECIMEN” sözü ilə çap edilməyə ehtiyacı yoxdur.
Elektron vasitələrlə reproduksiya

Rəqəmsal reproduksiyalar üçün banknotların təsvirinin reproduksiyasına, bir qayda olaraq, aşağıda göstərilən kriteriyalara riayət olunduqda icazə verilir:

  1. Banknotların reproduksiyaları təhqiredici və yersiz kontekstdə və ya Bankın fikrincə valyutanın bütövlüyünü şübhə altına ala biləcək formada ola bilməz.
  2. Kraliçanın təsvirində təhriflər (genişlənmə, kiçildilmə və ya əyilmədən əlavə) olmamalıdır.

Aşağıdakı şərtlərdən ən azından birinə əməl edilməlidir:

  1. 20 ̊-dən çox əyilmə olduğu zaman bir tərəfin tam səthinin 50%-dən çoxunu göstərən reproduksiyalar “SPECIMEN” sözü ilə çap edilməlidir. “SPECIMEN" işarələri banknotun mərkəzindən 45 ̊ əyilmə ilə boz rəngdə olmalı, eni 1/3 və hündürlüyü 1/10-dən az olmamalıdır.
  2. Bir tərəfin tam səthinin 50%-dən azını göstərən reproduksiyaların əyilməyə və ya “SPECIMEN” sözü ilə çap edilməyə ehtiyacı yoxdur.