Mərkəzi Bankın Saxtakarlıqdan Müdafiə Qrupu (CBCDG) - 35 mərkəzi bank və banknot istehsalı ilə məşğul olan idarələrdən ibarət və G10 ölkələrin mərkəzi bankları tərəfindən təsis edilmiş iş qrupudur. Onun əsas məqsədi banknotların təhlükəsizliyinə olan eyni xətərləri öyrənib emissiya ilə məşğul olan orqanlara müvafiq tövsiyyələri verməkdir.
CBCDG rəqəmsal avadanlıq vasitəsilə saxta pul kəsilməsinə imkan verməyən texnologiyaların istehsalını maliyyələşdirir və yayır.
Iş qrupuna daxil olan 35 mərkəzi banklar aşağıdakı 34 ölkədəndir: Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Kipr, Çexiya, Estoniya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Cənubi Afrika Respublikası, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya, ABŞ. Avropa Mərkəzi Bankı da üzvdür.
G10-un qubernatorları aşağıdakı 11 ölkənin mərkəzi banklarını təmsil edirlər: Belçika, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, İsveç, İsveçrə, Böyük Britaniya, ABŞ.